Bolqarıstanda 6 medal

post-img

Bolqarıstanın Sofiya şəhərində keçirilən taekvondo üzrə klublararası Avropa çempionatında Azərbaycan idmançıları 6 medal qazanıblar.

"Xalq qəzeti"  Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, Qaşım Maqomedov və Minayə Əkbərova (hər ikisi "Gilan" İK) qızıl, Səlimə Quliyeva ("Alpman" TK) gümüş, Nicat İsmayılzadə ("DGK" İSM), Yaşar Məmmədli və Taleh Süleymanov (hər ikisi "Gilan" İK) bürünc medala sahib olublar.

Ümumi komanda hesabında isə "Gilan" İK üçüncü yerə layiq görülüb.

Elçin Abbasov,
"Xalq qəzeti"











İdman