Pərvin Məmmədov da iki medal qazanıb

post-img

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının üzvü Pərvin Məmmədov Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya kubokunda 49 kq çəki dərəcəsində fərdi kateqoriyada 148 kq nəticə göstərərək gümüş medal qazanıb.

Eyni zamanda, Pərvin Məmmədov ümumi kateqoriyada 148 kq nəticə göstərərək bürünc medal qazanıb.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman