“Mançester Siti”-“Bavariya” matçına doğru

post-img

Bu axşam UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsi start götürəcək. Həftənin ilk oyun günündə iki qarşılaşma olacaq.

Qeyd edək ki, gecənin ən maraqlı  qarşılaşması İngiltərədə “Mançester Siti” ilə Almaniyanın “Bavariya” komandası arasında baş tutacaq görüş hesab edilir. Yeri gəlmişkən, matçın baş hakimi ispaniyalı hakim Xesus Hil Mansanodur. 

Gecənin digər qarşılaşmasında isə İtaliyanın “İnter” klubu ilə Portuqaliyanın “Benfika” komandası qarşılaşacaq. Portuqaliyada keçiriləcək oyunu ngiltərəli referi Maykl Oliver idarə edəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, dörddəbir finalın digər iki matçı sabah axşam “Milan”-“Napoli” və “Real”-“Çelsi”arasında baş tutacaq. 

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman