Xocalının təhsil işçiləri arasında şahmat yarışı

post-img

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xocalı Rayon Komitəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Xocalı rayon ümumtəhsil məktəbləri arasında şahmat yarışı keçirilib. 

Xocalıların müvəqqəti kompakt şəkildə məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində gərgin idman mübarizəsi şəraitində keçən yarışda Xocalı rayon Meşəli kənd tam orta məktəbin riyaziyyat müəllimi Əflatun Yusifov I yerin, Yaloba kənd tam orta məktəbin tarix müəllimi Elsevər Hümbətov II yerin, Xocalı şəhər 4 saylı tam orta məktəbin Gənclərin çağıraşaqədərki hazırlıq müəllimi Firuz Quliyev III yerin qalibi olublar.

Qaliblərə fəxri fərman və mükafatlar təqdim edilib. 

Qalib BƏYMMƏDOĞLU,
“Xocalının səsi” qəzetinin redaktoru 

İdman