Yeniyetmə stolüstü tennisçilər Şakir Qədirovla Banu Baytallı “Evrotalent selection camp” beynəlxalq seçim toplanışına qatılıb. Azərbaycan Stolüstü Tennis Federasiyasının məlumatına görə, idmançılarımız məşqçi Rüfət Əliyevanın rəhbərliyi ilə aprelin 9-dək Çexiyanın Havirov şəhərində keçirilən seçim mərhələsində bacarıqlarını göstərəcəklər. Təlim-məşq toplanışının nəticələrinə əsasən fərqlənən idmançılar qitənin istedadlı stolüstü tennisçiləri sırasına daxil olacaqlar. Və beynəlxalq federasiya tərəfindən təşkil olunan toplanışlarda ustalıqlarını artırmaq imkanı qazanacaqlar.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

