"Qarabağ"-"Qalatasaray" oyununda 40 min bayraq olacaq

post-img

Sabah saat 20:00-da Bakı Olimpiya Stadionunda "Qarabağ" klubu Türkiyənin “Qalatasaray” komandası ilə qarşılaşacaq. Xeyriyyə matçından öncə bu gün "Qarabağ"ın açıq məşqi keçirilib.  

"Allsport.az" saytının məlumatına görə, komandanın prezidenti Tahir Gözəl oyun öncəsi açıqlama verib:

"Türkiyədə zəlzələ oldu. İnsanlar həlak oldular. İlk günlərdən Azərbaycan qardaş ölkənin yanında oldu. Bu oyun fəlakətdən zərər çəkənlərə dəstək məqsədi daşıyan xeyriyyə tədbiridir.

Stadionda 40 min bayraq olacaq. 2 qardaş klub qarşılaşacaq. Təklif hər 2 tərəfdən oldu. Bu görüş nə vaxtsa olmalıydı. Qismət bu günlərə imiş”.

"Xalq qəzeti"

İdman