Bu axşam daha 7 matç oynanılacaq

post-img

Bu gün futbol üzrə Avro-2024”-ün seçmə mərhələsi çərçivəsində birinci turun daha 7 oyunu keçiriləcək. A, D və I qruplarında, ümumilikdə, yeddi qarşılaşma baş tutacaq ki, onlardan da bizim üçün ən maraqlı olan D qrupunun Ermənistan-Türkiyə qarşılaşmasıdır. Yeri gəlmişkən, D qrupunun digər matçı Xorvatiya - Uels arasında oynanılacaq.

A qrupunda  Şotlandiya - Kipri,  İspaniya - Norveçi sınağa çəkəcək.

I qrupuna gəlincə burada üç oyun keçiriləcək.  Azarkeşlər Belarus - İsveçrə, İsrail - Kosovo, Andorra – Rumıniya qarşılaşmalarının şahidi olacaqlar.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman