Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirinin ikinci günündə daha 4 cüdoçumuz tatamiyə çıxacaq.
Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, bu gün iki çəki dərəcəsində 4 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Kişilərin yarışında 73 kiloqram çəki dərəcəsində Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev, 81 kiloqram çəki dərəcəsində Rüstəm Orucov və Elcan Hacıyev güclərini sınayacaq.
Elçin ABBASOV,
"Xalq qəzeti"