Güləşçilərimiz Buxarestdə

post-img

Sabah Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək. Yarış martın 19-dək davam edəcək. Azərbaycan Güləş Federasiyasından qəzetimizə verilən məlumata görə, 2023-cü ilin ilk qitə birinciliyində ölkəmiz hər 3 güləş növündə təmsil olunacaq. 

Bildirilib ki, yunan-Roma güləşçilərimiz məsul yarışın ilk günlərində mübarizə apara­caq. Məşqçilər Həsən Əliyev, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Rahim Həsənov (55 kq), Elmir Əliyev (60 kq), Ziya Babaşov (63 kq), Həsən Məmmədli (67 kq), Qurban Qurbanov (72 kq), Xasay Həsənli (77 kq), İsmayıl Rzayev (82 kq), Məhəmməd Əh­mədiyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) uğur qazan­mağa çalışacaq.

Sonrakı günlərdə qadın güləşçilərimiz mübarizəyə qoşulacaq. Baş məşqçi əvəzi Rövşən Umudov və məşqçi Həsrət Məmməd­yarov ötən il analoji yarışa qatılmış heyətə yenidən şans verib. Bu dəfə də U-23 Avro­pa çempionatında ölkəmizi Şəhanə Nəzəro­va (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzəzadə (68 kq) təmsil edəcək.

Çempionatın son günlərində xalçaya sər­bəst güləşçilər çıxacaq. Məşqçilər Arif Abdul­layev, Cəbrayıl Həsənov və Rövşən Hacıye­vin rəhbərliyi altında Nurəddin Novruzov (57 kq), Ayxan Abdullazadə (61 kq), Rəşid Baba­zadə (65 kq), Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq), Səbuhi Əmiras­lanov (79 kq), Fərid Cabbarov (86 kq), Abdul­cəlil Şabanov (92 kq), İslam İlyasov (97 kq) və Vaxit Qalayev (125 kq) mübarizə aparacaq.

 

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman