Ermənistan-Türkiyə oyunu türk azarkeşlərsiz keçiriləcək

post-img

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) qərarı ilə 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan və Türkiyə yığmaları arasında keçiriləcək oyunda türk azarkeşlər iştirak etməyəcək. Müvafiq bildiriş bu gün, martın 6-da Ermənistan Futbol Federasiyasının (FFA) rəsmi saytında yerləşdirilib.

Həmçinin qeyd olunur ki, https://tickets.ffa.am saytında Ermənistan-Türkiyə oyununa biletlərin onlayn satışı bu bazar ertəsi başlayıb.

Qarşılaşma martın 25-də İrəvanda baş tutacaq. Avro 2024-ün seçmə mərhələsinin püşkatma mərasiminə əsasən Ermənistan Türkiyə, Xorvatiya, Uels və Latviya ilə birlikdə D qrupunda yer alıb.

İdman