Paytaxtın Səbail rayonunda soyğunçuluq hadisəsi qeydə alınıb. Hadisə zamanı naməlum şəxslərdən biri zərərçəkənin diqqətini yayındırıb, digər şəxs isə mobil telefonu danışmaq adı ilə götürərək hadisə yerindən uzaqlaşıb.
Səbail Rayon Polis Səbail və Sabunçu rayonlarında oğurluq baş verib İdarəsinin 9-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ş.Bağırov və Z.Məmmədov müəyyən edilərək saxlanılıblar.
Onların oğurladıqları mobil telefonu satdıqları müəyyən edilib.
Sabunçu rayonu, Maştağa qəsəbəsində isə mənzildən oğurluq edilib. Naməlum şəxs mənzilə daxil olaraq 3250 manat nağd pulu və 6000 manat dəyərində qızıl-zinət əşyalarını talayıb. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, 59 yaşlı Ş.Abdinov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar davam etdirilir.
P.ƏMİRCANOV
XQ

