Bakı-Ələt-Qazax magistral avtomobil yolunun Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes Atego” markalı yük avtomobili “Shacman” markalı yük avtomobili ilə toqquşub, nəticədə y “Mercedes Atego” markalı yük avtomobilində vətəndaşlar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıblar.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə 1972-ci il təvəllüdlü Məmmədov Namiq Xalid oğlu və 2000-ci il təvəllüdlü Babaşov Emil Ramiz oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ

