DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, oktyabrın 6-da ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 1 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.təhvil verilib.
N.Adilqızı
XQ