Bakıda marketlərdən oğurluq edilib

post-img

Xəzər rayonunda yerləşən marketlərin birindən 12600 manat oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini 30 yaşlı C.Qasımlı saxlanılıb.

Məlumatı DİN yayıb.  

Səbail rayonu ərazisində də analoji hadisə baş verib. Marketlərin birindən 1133 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 24 yaşlı İ.Həsənov və 34 yaşlı Ş.Xudiyeva saxlanılıblar. 

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Hadisə