Beyləqanda avtomobil və motosiklet toqquşub

post-img

Beyləqan rayonu ərazisində minik avtomobili və motosikletin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xəsarət alanlar var.

Рadisə axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu Xalac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı "Mercedes" markalı minik maşını və motosiklet toqquşub.

Qəza nəticəsində xəsarət alan Talıbov Aqşin Namiq oğlu və Vəliyev Rahib Rafiq oğlu Beyləqan rayonu Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılara təcili təxirə salınmaz tibbi yardım göstərilib və onların səhhətlərinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.



Hadisə