Yetkinlik yaşına çatmayan şəxsin ölməsi faktı üzrə cinayət işi başlanıb

post-img

Oktyabrın 2-də Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan R.B-nin (şərti) almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu Rayon Prokurorluğundan bildirilib ki, araşdırmalar nəticəsində rayonun Zabrat qəsəbəsi ərazisində yetkinlik yaşına çatmayan K.N (şərti) ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla bud nahiyəsinə xəsarət yetirilməsi nəticəsində R.B-nin müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, K.N iş üzrə şübhəli şəxs qismində tutulub.

Hadisə