Şəkidə avtomobil qəzası baş verib

post-img

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının Şəkinin Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yol-nəqliyyat hadisəsinə səbəb kimi minik avtomobillərindən birinin ötmə zamanı qarşıdan gələn digər avtomobilin yoluna çıxması göstərilir.

İlkin məlumata görə, rayonun Kiçik Dəhnə kənd sakini Röyal Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobillə Rəhman Mustafayevin idarə etdiyi "Changan" markalı avtomobillər toqquşub. Nəticədə "Changan"ın sürücüsü Rəhman Mustafayev və maşındakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qəza zamanı yaralanan sürücü və sərnişin Təcili Tibbi Yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılara ilkin tibbi yardım göstərilib, müalicələri davam edir.

Faktla bağlı araşdırma başlanılıb.

Hadisə