Oğurluqla bağlı araşdırmalara başlanılıb

post-img

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 25-də rayon ərazisindəki mağazaların birindən 2700 manat pul oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Məlumatı DİN mətbuat xidməti verib.

Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində bir nəfərə məxsus “Tufan” markalı mopedi oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş S.Əsədov müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Hadisə