Nəsimi rayonunda moped, Zabratda qızıl oğurlanıb

post-img

Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 5-də rayon ərazisindən bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən R.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Məlumatı DİN mətbuat xidməti verib. 

İyunun 10-da isə Zabrat qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Səfərəliyev müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Hadisə