Ağdamda ekskavator piyada əleyhinə minaya düşdü

post-img

Ağdam rayonunun Novruzlu kənd ərazisində mina hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti birgə məlumat yayıb.

Minalardan təmizlənməmiş ərazidə ekskavator piyada əleyhinə minaya düşüb. Ekskavator zədələnib, xəsarət yoxdur.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Hadisə