Türkiyə hakimiyyəti aprelin 20-dən Tacikistan vətəndaşları üçün viza rejimi tətbiq edir.
Gazeta.ru xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin informasiya departamentinin nümayəndəsi məlumat verib.
“2024-cü il aprelin 20-dən Türkiyə Tacikistan vətəndaşları üçün viza sistemi tətbiq edəcək. Türkiyə aprelin 6-da diplomatik kanallar vasitəsilə bu tədbirlə bağlı Tacikistanı rəsmi məlumatlandırıb”, - agentliyin həmsöhbəti bildirib.
2021-ci ildən Tacikistan vətəndaşları Türkiyəyə vizasız daxil ola və orada 90 gün qala bilərdi.
S.ELAY
XQ