İndoneziyanın Nəqliyyat Nazirliyi iki pilotun uçuş zamanı yuxuya getməsi ilə bağlı yerli Batik Air aviaşirkətini araşdırır.
Gazeta.ru xəbər verir ki, bu barədə “Metro” məlumat yayıb.
Hadisə göyərtəsində 153 sərnişin və ekipaj üzvünün olduğu Cakartaya uçuş zamanı baş verib. Havaya qalxdıqdan bir neçə dəqiqə sonra pilotlardan biri həmkarından dincələ biləcəyini soruşub. İcazə alan pilot qısa zamanda yuxuya gedib və bir neçə dəqiqədən sonra təyyarə komandiri də yatıb.
Pilotlar yarım saat ərzində dispetçerlərlə radio əlaqə qurmayıb və təyyarə öz kursundan çıxıb. Pilotlardan biri yuxudan oyanaraq uçuş yolunu düzəltməyi bacarıb.
Hər iki pilot işdən uzaqlaşdırılıb, İndoneziya Nəqliyyat Nazirliyi hadisənin səbəblərini araşdırır.
S.ELAY
XQ