Abşeron rayonunda bıçaqlanma hadisəsi törədilib

post-img

Yanvarın 17-də gecə saatlarında Abşeron rayonu, Məhəmmədi qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Şahin Əliyev müəyyən olunaraq saxlanılıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Hadisə