Qadın tüfəngdən açılan atəş nəticədə xəstəxanaya düşüb

post-img

Yanvarın 16-da saat 23 radələrində Səbail rayonu ərazisində bir qadının odlu silahdan açılmış atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

Qadın xəstəxanaya yerləşdirilib.  

Araşdırmalarla Bərdə rayon sakini Rəşad Əsədzadənin xuliqanlıq zəminində tüfəngdən atəş açaraq Abşeron rayon sakini olan qadının qol nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə R.Əsədzadə saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb.

Yanvarın 17-də isə gecə saatlarında Məhəmmədi qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. 

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşları bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini  Şahin Əliyevi müəyyən edərək saxlayıblar.  

Araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Hadisə