Sumqayıtda yanacaqdoldurma məntəqəsində oğurluq olub

post-img

Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda şəhər ərazisində iki mağazadan və bir yanacaq doldurma məntəqəsindən ümumilikdə 1600 manatdan çox pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Nurəliyev müəyyən olunaraq saxlanılıb.

Məlumatı DİN mətbuat xidməti verib.  

Faktla bağlı araşdırma aparılır.

XQ

Hadisə