Oğurluq edənlər saxlanılıb

post-img

Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 17-nə keçən gecə “Chevrolet” markalı avtomobildən 700 manat pul, sənədlər, bank kartı, 800 manat dəyərində qol saatı, 2 ədəd qulaqcıq və dinamik oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Həmidov saxlanılıb. 

Araşdırmalarla onun noyabrın 24-nə keçən gecə “BYD” markalı avtomobildən 200 manat, 100 ABŞ dolları pul və 970 manat dəyərində qulaqcıq oğurlaması da müəyyən olunub.

Noyabrın 22-nə keçən gecə Binəqədi rayonu ərazisindəki orta məktəblərin birində də oğurluq olub. Məktəbdən notbuk və proyektor oğurlanması barədə polisə məlumat daxil olub. 

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri N.Atayev və əvvəllər məhkum olunmuş F.İdrisov müəyyən olunaraq saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Hadisə