Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

post-img

Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Sabunçu qəsəbəsindəki evlərin birindən pul və qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Sənan Qasımov saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb. Məlumatı DİN-in mətbuat xidməti verib. 

Araşdırmalarla onun qəsəbə ərazisində digər  bir evdən pul oğurlaması da müəyyən olunub.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində evlərin birindən 7900 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. 

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Seymur İsayev müəyyən olunaraq saxlanılıb. 

Hər iki faktla bağlıə araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ

 

 

Hadisə