Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1510 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1.4-cü, 3.1.24-cü, 3.1.38–3.1.40-cı, 3.1.43–3.1.45-ci, 3.1.51-ci, 3.1.53-cü, 3.1.54-cü və 3.1.57-ci yarımbəndlərdən “tabeliyindəki qurum vasitəsilə” sözləri çıxarılsın.

2._3.1.42-ci, 3.1.48-ci, 3.1.49-cu, 3.1.52-ci və 3.1.55-ci yarımbəndlərdən “strukturuna daxil olan qurum vasitəsilə” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyul 2024-cü il

Fərmanlar