“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 3 iyun tarixli 875 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 281 (Cild I) 3-cü hissəsinin yeddinci və səkkizinci abzaslarında “Milli Televiziya və Radio Şurası” sözləri “Azərbaycan Respublikasının Audiovizual Şurası” sözləri ilə əvəz edilsin.
2. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 141 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 905 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.1-1-ci bənddə “17.2.5–17.2.9-cu maddələrində nəzərdə tutulmuş təşkilatlar qruplarında” sözləri “17.2-ci maddəsində göstərilən təşkilatlardan (təşkilatlar qruplarından)” sözləri ilə və həmin bənddə “Milli Televiziya və Radio Şurası” sözləri “Azərbaycan Respublikasının Audiovizual Şurası” sözləri ilə əvəz edilsin;
2.2. 3.2-ci bənddə “Milli Televiziya və Radio Şurası” sözləri “Azərbaycan Respublikasının Audiovizual Şurası” sözləri ilə əvəz edilsin.
3. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 411-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 696 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 848 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2024-cü il