“Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ

post-img

Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 985-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarında xidməti vəzifələrini həyata keçirərkən fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə həmin orqanların fəaliyyətinin təmin olunmasında fəal iştirak edən və inkişafında xüsusi xidmətləri olan digər şəxslər və beynəlxalq tərəfdaşlar təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

Əsasnamə