Aprelin 6-da Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən II Rektorlar Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev bu ölkənin elm və ali təhsil naziri Sayasat Nurbek ilə görüşüb.
XQ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Görüş çərçivəsində Qazaxıstan Respublikası ilə ikitərəfli əməkdaşlıq, eləcə də elm və ali təhsil sahəsində inkişaf perspektivləri müzakirə edilib.
Daha sonra Qazaxıstanın Beynəlxalq İnnovasiya və Texnologiya Universitetində (InnoTech) yaradılmış şəraitlə tanışlıq olub.

