ABŞ Prezidenti Donald Tramp Ukrayna-Rusiya münaqişəsi ətrafında Avropa liderləri ilə hərtərəfli danışıqlar apardığını və diplomatik prosesin “ehtiyatla, lakin müsbət şəkildə” irəlilədiyini bildirib.
Məlumatı “Anadolu” verib.
Ağ Ev rəhbəri Avropa liderləri ilə danışıqlarından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, “Çox yaxşı söhbətimiz oldu, o cümlədən Rusiya ilə Ukrayna arasındakı müharibəni də müzakirə etdik. Bu, uzun bir müzakirə idi. Görünür, işlər yaxşı gedir, amma başa düşürük ki, bu, mürəkkəb bir prosesdir”.
Tramp həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə uzun bir telefon danışığı apardığını və Almaniya, İtaliya, NATO, Finlandiya, Fransa, Böyük Britaniya, Polşa, Norveç, Danimarka və Hollandiya liderləri ilə “çox uzun və çox yaxşı” təmaslarının olduğunu qeyd edib.
P.ƏMİRCANOV
XQ


