Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında 26 İyun –Silahlı Qüvvələr Günü münasibətilə sərgi təşkil olunub.
Sərgidə ordu quruculuğu, hərbi tarix və qəhrəmanlıq mövzusunda MEK fondlarında qorunan müxtəlif nəşrlər təqdim edilir.
İki həftə davam edəcək sərgidə kitabsevərlər “Azərbaycan Ordusunun tarixi”, “İlham Əliyev və Zəfər tariximizin şanlı səhifələri” , “Xilaskar”, “Hərbi məktəblərin banisi”, “Tarix yazan qəhrəmanlar”, “Qafqaz İslam Ordusu” beşcildliyi, “Zəfər memuarları”, “Azərbaycan Ordusu (1918-1920)”, “Tarixin Zəfər yolu”, “Vətən Müharibəsinin 44 günlük Zəfər səlnaməsi”, “Azərbaycan Respublikasının Hərbi qanunlar toplusu”, “Tarix yazan qəhrəmanlar”, “Milli qəhrəmanlarımız” və digər nəşrlərlə tanış ola bilərlər.
Nəşrlərdə Ulu Öndər Heydər Əliyevin ordu quruculuğundakı rolu, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Zəfər, Vətən müharibəsində göstərilən qəhrəmanlıqlar və Azərbaycan Ordusunun inkişaf mərhələləri ətraflı əks olunub.