Milli Kitabxanada “Xalq yazıçısı Süleyman Rəhimov – 125” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

post-img

Mill Kitabxanada Azərbaycan ədəbiyyatında nəsrin inkişafı sahəsində misilsiz xidmətləri olan Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illik yubileyi ilə əlaqədar “Xalq yazıçısı Süleyman Rəhimov – 125” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə fotolar, görkəmli şəxsiyyətlərin fikirləri, yazıçının mükafatları, əsərləri, həyat və yaradıcılığını əks etdirən ədəbiyyatlar Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Virtual sərgi ilə tanış omaq istəyənlər http://anl.az//el/vsb/Suleyman_Rehimov/index.htm    linkindən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgisində isə yazıçının əsərləri, redaktoru olduğu, ön söz yazdığı kitablar, həyatı və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir və ictimai xadim, Xalq yazıçısı Süleyman Hüseyn oğlu Rəhimov 1900-cü il martın 22-də Qubadlı rayonunun Əyin kəndində anadan olub.  İlk təhsilini kənddə alıb, Azərbaycan Dövlət Darülfünunun (indiki Pedaqoji Universitet) tarix-ictimaiyyət fakültəsinı bitirib.

Xalq yazıçısı Süleyman Rəhimov əsasən romançı kimi tanınıb. 30-cu illərdə Azərbaycan romanının təşəkkülü və inkişafı onun adı ilə bağlıdır. "Şamo" və "Saçlı" kimi çoxcildli romanların müəllifidir.  "Mehman", "Güzgügöl əfsanəsi", "Arpaçay əfsanəsi", "Gülən balıq", "Ovqan və ilan", "Kəsilməyən kişnərti"  əsərləri yazıçının yaradıcılığında mühüm mövqeyə malikdirdir. 



Elm