“Əli Şövqi Gəncəli. Əsərlər” kitabı nəşr olunub

post-img

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs komissiyasının sədri Sonaxanım Hadıyevanın (Sona Xəyal) transfoneliterasiya edib nəşrə hazırladığı “Əli Şövqi Gəncəli. Əsərlər” kitabı işıq üzü görüb. Kitabda yer alan geniş “Ön söz”ün müəllifi də Sona Xəyaldır.

Kitabda XIX-XX əsrlərdə yazıb-yaratmış görkəmli Azərbaycan şairi Əli Şövqi Gəncəlinin müxtəlif janrda və mövzuda yazdığı şeirləri toplanıb. Kitaba Əlyazmalar İnstitutunda mühafizə olunan əlyazma ilə yanaşı, Mirzə Əbdülxalıq Yusifin arxivindən və dövri mətbuatdan 4 şeir əlavə edilib.

Yeni nəşrin redaktoru Hacı Rauf Şeyxzamanlı, rəyçiləri Xəlil Yusifli, Nailə Mustafayeva və Qutiyera Cəfərovadır.

Elm