30 noyabr tarixində Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “İnformasiya menecmenti və davamlı inkişaf” mövzusunda III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu çərçivəsində Bakı Dövlət Universiteti, Türkiyənin Bartın Universiteti, Çankırı Karatekin Universiteti, Kastamonu Universitetinin əməkdaşları ilə birgə dəyirmi masa keçirilib.
Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov qarşılayıb.
Əvvəlcə qonaqlar Milli Kitabxana ilə tanış olublar. Azərbaycan Milli Kitabxanasını xüsusilə də “Nadir Kitablar və Kitabxana Muzeyi şöbəsi”ni, “Xarici Ədəbiyyat və Beynəlxalq Kitab Mübadiləsi şöbəsi”ni, Milli Kitabxananın nəzdində yaradılan “Açıq Kitabxana”- Sərbəst mütaliə bölməsini”, “Uşaq bölməsi və uşaq istirahət guşəsi“ni çox bəyəndiklərini bildiriblər.
Tədbiri Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq qolaqları salamlayıb. Azərbaycan və Türkiyənin elm, təhsil, mədəniyyət sahələrində qarşılıqlı əlaqələrinin önəmindən bəhs edərək Milli Kitabxananın hər zaman qardaş ölkəyə kitabxana-informasiya fəaliyyəti sahəsində köməklik göstərməyə hazır olduqlarını bildirib. Milli Kitabxananın “ Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə nəşr olunan 150 artıq biblioqrafiyalarının və digər nəşirlərin olduğunu artıq 2023-cü ildə Milli Kitabxananın 100 illik yubileyini qeyd etdiyini söyləyib.
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov çıxışda Simpoziumun 2025-ci ildə Türkiyənin Kastamonu Universitetində keçiriləcəyini bildirib.
Simpoziumun Türkiyə tərəfdən həmsədri, Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün rəhbəri Ahmet Altay iki qardaş ölkənin informasiya və kitabxana işi sahəsində işbirliyinin faydalı olacağını, Milli Kitabxana ilə qarşılıqlı əlaqələri genişləndirərək onlayn platforma vasitəsilə türkiyəli tələbələrə Azərbaycan Milli Kitabxanası ilə daha yaxından tanış etmək istədiyini və bundan çox məmnun olacağını söyləyib.
Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova qaonaqlara Milli Kitabxananın layihələrindən, “Beynəlxalq Musiqi Kitabxanası” layihəsi vastəsilə beynəlxalq musiqi saytı olan “Petruççi Musiqi kitabxanası”nda (www.impls.org) əlaqəsindən, “Virtual sərgi”, “Elektron məlumat bazalarını yaradılaraq 3 dildə dünyaya yayımlanması və s. haqqında ətraflı məlumat verib.
Tədbirin davamında Azərbaycan Milli Kitabxanası haqqında film nümayiş olunub.
Sonda qonaqlara Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomu, “Shusha – The star of Karabakh”, “Shusha – cradle of culture and heritage of Azerbaijan”, “The craftsmanship of mother of pearl Inlay” və “Azykh and Taghlar caves” kitabları hədiyyə edilib.