Beynəlxalq Türk Akademiyası və Tacikistan Milli Elmlər Akademiyası arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

post-img

Beynəlxalq Türk Akademiyası və Tacikistan Milli Elmlər Akademiyası arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Düşənbədə Tacikistan Milli Elmlər Akademiyasının prezidenti professor  Kobiljon Xuşvaxtzoda ilə görüşüb. 

Görüş zamanı elmi əməkdaşlığın perspektivləri müzakirə olunub, birgə layihələrə dair təkliflər irəli sürülüb.

Akademik Şahin Mustafayev Kobiljon Xuşvaxtzodaya rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, müəssisənin tacik alimləri ilə əlaqələrinin olduğunu vurğulayıb. O, 2020-ci ildə tacik alimi Səidrəhman Süleymanov tərəfindən ərəb dilindən rus dilinə tərcümə edilmiş Əl-Fərəbinin “Məntiqdə işlənən sözlər haqqında kitab” traktatının nəşrini xatırladıb.

Görüşdə tacik alimlərinin regional su təhlükəsizliyi ilə bağlı tədqiqatlarda iştirakı, regional ölkələr arasında iqtisadi əməkdaşlığa dair illik hesabatın hazırlanması və digər təşəbbüslər müzakirə olunub.

Yekunda iki tərəf arasında elmi əməkdaşlığın inkişafı məqsədilə memorandumların imzalaması barədə razılıq əldə olunub.

XQ



Elm