Məleykə Abbaszadə: Hər bir uşaq hiss etməlidir ki, evdə ona bəslənilən sevgi imtahanın nəticəsinə görə deyil

post-img

Hər bir uşaq, abituriyent hiss etməlidir ki, evdə onu sevirlər, bu sevgi imtahanın nəticəsinə görə deyil. Evdə onu ona görə sevirlər ki, o, varlıqdır, valideyn üçün çox vacib bir şəxsdir və bu sevgi imtahanın nəticəsindən asılı deyil. Yəni imtahanın nəticəsi valideynin övladını sevib-sevməməsinə təsir etmir. Özünə inanmayan, valideyn tərəfindən təkid edilən insan imtahanda bildiyini də yadından çıxara bilər. Belə hallar, təəssüf ki, olur.

Bunu AZƏRTAC-a müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib.

“Bəzən valideynlər həyatda özləri əldə edə bilmədikləri nəticələri öz övladlarından gözləyirlər və bunu onlardan tələb edirlər. Hər bir uşaq istedadlıdır və hər bir uşaq üçün hansısa istiqamət var ki o, həmin istiqamətdə öz istedadını göstərə bilər. Valideynlərin bunu əvvəlcədən müəyyən etməsi vacibdir. Bizim peşə seçimi ilə əlaqədar müəyyən testlərimiz var. Bizim psixoloqlar peşə seçimi ilə əlaqədar müəyyən araşdırmalar apararaq xüsusi testlər tərtib edirlər və Dövlət İmtahan Mərkəzinin saytına müraciət edib elə bir məsləhət almaq mümkündür”, - deyə M.Abbaszadə bildirib.

 

Elm