Massaçusets Texnologiya İnstitutundan olan amerikalı astronomlar Yerdən 5,5 min işıq ili uzaqlıqda kosmosda heç vaxt görünməyən xüsusi molekullar növü kəşf ediblər. Bu birləşmə Əqrəb bürcündə yerləşən N6334 Pişik Pəncəsi dumanlığında aşkarlanıb. Araşdırma "The Astrophysical Journal Letters" (TAJL) elmi nəşrində dərc olunub.
Pişik Pəncəsi emissiya dumanlığı nəhəng ulduz əmələ gətirən bölgədir. Bu, son bir neçə milyon il ərzində yaranan təxminən on Günəş kütləsi olan ulduzları ehtiva edir.
Müşahidə məlumatlarını təhlil edən alimlər müəyyən ediblər ki, dumanlıqda 13 atomdan ibarət 2-metoksietanol molekulu var. Onlar, həmçinin Günəş sistemindən kənarda indiyə qədər tapılmış ən böyük molekullardan biri olduğu aşkarlanıb.
“Biz radio teleskoplarla ulduzlararası mənbələri müşahidə etdikdə kosmosun bu bölgələrində qaz molekullarından fırlanma siqnalını toplaya bilərik. Kosmosdakı molekullar Yerdəki kimi kvant mexanikasının eyni qanunlarına tabe olduğundan, teleskop məlumatlarında müşahidə olunan fırlanma keçidləri laboratoriyada ölçülənlərə uyğun olmalıdır”, - tədqiqatın aparıcı müəllifi, astrokimyaçı Zakari Frid bildirib.
Alimlər qeyd ediblər ki, belə molekullar əmələ gəlməsinin mürəkkəbliyinə görə kosmosda nadir hallarda rast gəlinir.
Komanda ümid edir ki, tapıntılar gələcək tədqiqatlar üçün kosmosda hələ aşkarlanmamış digər molekulları müəyyən etmək üçün əsas ola bilər.
S.ELAY
XQ