ATMU-da COP 29-a həsr olunan tədbir keçirilib

post-img

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı tərəfindən ötən ilin dekabr ayının 11–də Dubayda keçirilən 28-ci sessiyasının plenar iclasında bu il Azərbaycanda COP29 keçirilməsi qərarına həsr olunan tədbir keçirilib.

ATMU-nun rektoru İlham Mədətov çıxışı zamanı COP 29-a Azərbaycanın ev sahibliyi etməsini Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin böyük uğuru kimi dəyərləndirib. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqanda 195 ölkənin təmsil olunduğunu, tədbirin ilk dəfə1995-ci ilin martında Berlində keçirildiyini, COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçdiyini xüsusi vurğulayan rektor İ.Mədətov  Azərbaycanın təşkilata sədrliyinə dair qərarın Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verildiyini deyib.  Azərbaycanın dünyamiqyaslı mühüm hadisə sayılan COP29 konfransına ev sahibliyi  statusunda təsdiqlənməsi ilə bərabər, ilk dəfə olaraq ölkə tarixində yaşıl iqtisadiyyata keçid strategiyasının da icraçısı platformasında tanınacağına əminlik ifadə edib.Rektor çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”kmi qeyd olunmasını bərpa olunan enerji sahəsində  düşünülmüş addım kimi dəyərləndirib.  

  ATMU-nun “Heydər Əliyev” lektoriyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, professor Məhərrəm Zülfüqarlı deyib: “COP 29 sessiyasının dünya, o cümlədən Azərbaycan üçün əhəmiyyəti” adlı məruzəsində “Bakıda keçiriləcək COP29 sadəcə ekoloji problemlərin müzakirəsini şərtləndirən sıradan konfrans kimi deyil, ekoloji problemlərin həlli istiqamətində qlobal forum səviyyəsində tanınacağına dair qeydlərini konkret faktlarla isbatlayıb. COP29-un iqlim dəyişikliyinin azaldılması və Azərbaycanın yaşıl təcrübələrin təşviqini hədəfləyən  qlobal təşəbbüslərin yayılmasında müstəsna roluna münasibət sərgiləyib. M.Zülfüqarlı çıxışının sonunda “Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini bir daha  nümayiş etdirir və bununla da dünya səhnəsində fəal və nüfuzlu oyunçu rolunu gücləndirir”.

 Tədbirdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Z.HÜSEYNOVA

XQ

Elm