“Qərbi Azərbaycan toponimlərinin leksik-semantik xüsusiyyətləri” kitabı çap olunub

post-img

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin hazırladığı “Qərbi Azərbaycan toponimlərinin leksik-semantik xüsusiyyətləri” kitabı işıq üzü görüb.

Kitabda şöbə əməkdaşları və institut alimlərinin Qərbi Azərbaycanda ermənilər tərəfindən işğala məruz qalan əzəli torpaqlarımızın toponimləri haqqında elmi məqalələr toplanıb. Araşdırmalarda sübut edilir ki, türklər bu ərazinin ən qədim avtoxton sakinləridir, indiki Ermənistan ərazisi Azərbaycanın tarixi torpaqlarıdır.

Kitabda xalqımıza məxsus onomastik vahidlərin dəyişdirilməsinə, soyqırımına məruz qoyulmasına münasibət bildirilib.

Qərbi Azərbaycan toponimlərinin tədqiqinin elmi əhəmiyyəti ilə yanaşı, siyasi əhəmiyyəti də var. Monoqrafiyada toponimlərin leksik-semantik xüsusiyyətləri, onların tarixi və etimologiyası barədə də maraqlı elmi faktlar yer alır.

Anar ƏLİ

XQ

Elm