Məlumatların QR-kodlar şəklində saxlanmasının yeni texnologiyası təqdim olunub

post-img

Almaniyanın “Cerabyte” şirkəti məlumatların saxlanmasının yeni texnologiyası üzərində işləyir. Bu texnologiya cəmi 50-100 atom qalınlığında keramik nanoqatlardan hazırlanmış yeni daşıyıcıya QR-kodları yerləşdirmək imkanı verir. Yeni texnologiya məlumatların uzunmüddətli saxlanması sənayesində inqilab da edə bilər.

“Tom's Hardware” nəşri xəbər verir ki, şirkət yeni texnologiyanın məlumatları Selsi şkalası üzrə 300 dərəcə temperaturadək 5 min il ərzində saxlamaq qabiliyyətinə malik olduğunu təsdiqləyir.

“Cerabyte”in məlumatların saxlanması üzrə yeni texnologiyası yanğınlara, gərginlik sıçrayışlarına, temperaturun kəskin artıb-azalmasına qarşı tam davamlıdır ki, bu da onu məlumatların gələcəkdə uzunmüddətli saxlanması üçün ideal həll vasitəsinə çevirə bilər.

Mühəndislərin sözlərinə görə, yeni texnologiyanı kitabxanalarda böyük həcmdə məlumatların saxlanmasında tətbiq etmək olar.

Elm