Milli-mənəvi dəyərlər mövzusunda intellektual bilik müsabiqəsi keçirilib

post-img

Xətai rayonu 25 nömrəli tam orta məktəbdə "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Milli sərvətimiz - mənəvi dəyərlərimiz" layihəsi çərçivəsində gənclər arasında milli-mənəvi dəyərlər istiqamətində intellektual bilik müsabiqəsi keçirilib. 

Bu barədə XQ-yə "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, tədbir, Azərbaycan Dövlət Himni ilə başlayıb və 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımız 1 dəqiqəlik sükutla yad olunub. 

Tədbiri giriş sözü ilə 25 nömrəli tam orta məktəbin direktoru Fəridə Şərifova açaraq hər kəsi salamlayıb və layihənin əhəmiyyəti, gənclər arasında bu istiqamətdə maarifləndirmə işinin aparılmasının vacibliyindən danışıb.

İctimai Birliyinin sədri Elvin Talışınski isə milli-mənəvi dəyərlərimizin qorunmasından, vətənpərvərlik hisslərinin yeniyetmə və gənclərə aşılanmasının vacibliyindən bəhs edib. Həmçinin o, bu cür tədbirlərin və müsabiqələrin həyata keçirilməsinin vacibliyini, eyni zamanda, yeniyetmə və gənclərdə milli-mənəvi dəyərlərə bağlılığın formalaşdırılması istiqamətində işlərin görülməsinin daha çox olmasını qeyd etdi. Daha sonra E.Talışınski müsabiqənin şərtləri haqqında geniş şəkildə məlumat verib.

Çıxışlardan sonra müsabiqəyə start verilib. Müsabiqədə hər komandada 5 nəfər olmaqla 6 komanda – “Dəmir Yumuruq”, “Şuşa”, “Füzuli”, “Xocalı”, “Xankəndi” və “Qarabağ” komandaları iştirak edib. Gərgin mübarizədən sonra komandalar arasından “Dəmir Yumuruq” komandası 1-ci, “Şuşa” komandası 2-ci, “Füzuli” komandası 3-cü yerin qalibi olub. Qalib komandalara mükafatlar, fəxri fərmanlar, iştirak edən digər komandalara isə sertifikatlar və layihə çərçivəsində çap olunmuş kitablar təqdim olunub. 

Rizvan FİKRƏTOĞLU
XQ



Elm