“Alyans” Gənclər Mərkəzinin yetirməsi Bakıdakı beynəlxalq konqresdə iştirak edib

post-img

Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin yetirməsi Elmir Ayvazov Azərbaycan Tibb Universitetində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konqresdə çıxış edib.

Tədbirdə Azərbaycan universitetlərinin professor-müəllim heyəti ilə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan və Dağıstan Respublikasının tanınmış mütəxəssisləri və tələbələr iştirak ediblər.

Azərbaycanlı və xarici mütəxəssislərin məruzələrinin dinlənildiyi sessiyada hazırda Tbilisi Dövlət Tibb Universitetinin V kurs tələbəsi olan Elmir Ayvazov şəkərli diabet və stress mövzusunda öz elmi araşdırmasını təqdim edib.

Elm