Naxçıvanda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilən konfrans keçirilir

post-img

Naxçıvanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Elmdə qadınlar” konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül qoyub, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar.

“Elmdə qadınlar” konfransında Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edəcəklər.

Bununla yanaşı, tədbirdə Naxçıvandakı elm və təhsil müəssisələrinin əməkdaşları, o cümlədən muxtar respublikanın sosial-iqtisadi inkişafında fəal iştirak edən qadınların və digər aidiyyəti şəxslərin iştirakı da nəzərdə tutulur.

Qeyd edək ki, konfrans iştirakçıları daha sonra Naxçıvanın gəzməli-görməli və turizm əhəmiyyətli yerləri ilə tanış olacaqlar.









Elm