Milli Hidrometeorologiya Xidməti çaylarda müşahidə edilən faktiki vəziyyəti açıqlayıb.
Xidmətdən XQ-ə verilən məlumata görə, avtomat hidroloji stansiyaların iyunun 4-ü saat 9:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Əyriçayda 83, Qarasuçayda 11, Qudiyalçayda 9, Vəlvələçayda 4, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 7, Kürəkçay və Gəncəçayda 3, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 5, Həkəriçayda 4, Tutqunçayda 2, Kür çayının aşağı axınında Kür-Surrada 15, Kür-Yevlaxda isə 2 santimetr artım qeydə alınıb.