Bu gün də Abşeronda yağmursuz, bölgələrdə yağış və duman...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, aprelin 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Gündüz havanın qısamüddətə tutulacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 12-16°, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 , gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17°, gündüz 22-27°, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacaq.

Q. QASIMOV
XQ 

 

Ekologiya