Sentyabrda Braziliyada COP30 iqlim sammitindən əvvəl ilkin danışıqlar keçiriləcək

post-img

Braziliya COP30 kimi tanınan qlobal iqlim sammitinə hazırlaşmaq üçün danışıqların ilkin mərhələsinin Amazoniyanın Belem şəhərində əsas tədbirin başlamasına təxminən bir ay qalmış keçirilməsini planlaşdırır.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, COP30-un xüsusi katibi Valter Korreya da Silva bildirib ki, Pre-COP adlanan ilkin danışıqlar cari il oktyabrın 14-15-də ölkənin paytaxtı Braziliyada keçiriləcək.

“İndiyə qədər ölkələrin 90 faizdən çoxu yeni Milli səviyyədə müəyyən edilmiş töhfələri (NDC) vaxtında təqdim edə bilməyib. Buna dünyanın diqqətinin müharibələrə və ticarət mübahisələrinə yönəlməsi və iqlim layihələrinin maliyyələşdirilməsinin dayandırılması səbəb olub. Birləşmiş Millətlər Təşkilatı müddətin sentyabra qədər uzadılmasına qərar verib.

Bu il COP30-dan əvvəlki tədbir Belemi uğur və ya uğursuzluğa çevirməyə kömək edə bilər. Oradakı danışıqların bir ay sonra effektiv danışıqlara əsas yaradacağına ümid edirəm”, - deyə da Silva əlavə edib.

Qeyd edək ki, COP29-da Azərbaycanın rəhbərliyi altında ölkələr 2024-cü ildə Paris sazişi çərçivəsində Qaydalar toplusunun formalaşmasını tamamlayıb. Həmçinin "İqlim birliyi üzrə Bakı paktı" qəbul olunub. COP30-un gələcək sədrliyi, inkişaf etməkdə olan ölkələrin ehtiyacları üçün iqlim maliyyələşdirməsini artırmaq məqsədilə "Bakıdan Belenə 1,3 trilyon ABŞ dollarına doğru yol xəritəsi"nin həyata keçirilməsində COP29 Sədrliyi ilə əməkdaşlığa ümid edir.

Ekologiya