“Beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar ictimai” birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin çaliyyə yardımı ilə “Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasında yaşıl enerji zonaları:hüquqi dəyərləndirmə” layihəsi çərçivəsində “Yaşıl vədlərimiz” adlı sənədli film hazırlanıb.
COP29 beynəlxalq sammitinin “Yaşıl zona”sında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun pavilyonunda ictimaiyyətə təqdim edilən filmdə Azərbaycanın yaşıl enerji potensialı və gələcək perspektivlərindən ətraflı söhbət açılıb və dünya iqlim dəyişməsi problemində ökəmizin verə biləcəyi töhfələrdən bəhs edilib. Filmdə həmçinin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan MR-da yaşıl enerji infrastrukturu, görülən genişmiqyaslı işlərdən və yaşıl iqtisadiyyata keçiddə regionun verə biləcəyi faydalardan danışılıb. Filmdə yaşıl enerji üzrə mütəxəssislər və ekoloqların açıqlamalarına və araşdırma nəticələrinə geniş yer ayrılıb.
Film Azərbaycan və ingilis dillərində hazırlanıb, internet televiziyalarında və əcnəbi ekoloqların birləşdiyi sosial şəbəkə seqmentlərində paylaşılıb.
R. Fikrətoğlu