“Yaşıl” avtomobillər çoxalır

post-img

Azərbaycanda “yaşıl” dövrün avtomobillərinə maraq getdikcə artır. Bu tendensiya cari ilin 11 ayında ölkəyə gətirilmiş elektromobillərin sayında da aydın nəzərə çarpır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-noyabr aylarında Azərbaycana yalnız elektrik mühərriklə hərəkətə gətirilən 2 min 871 nəqliyyat vasitəsi idxal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 134 ədəd çoxdur. Sözügedən avtomobillərin dəyəri 114 milyon 792 min ABŞ dolları təşkil edib. Bu isə ötən ilin 11 ayına nisbətən 3 milyon 745 min dollar və ya 3,4 faiz artıqdır.

Yanvar-noyabr aylarında ölkəyə enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxiliyanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən 350 milyon 411 min dollar dəyərində 14 min 176 elektrik nəqliyyat vasitəsi gətirilib. Bundan əlavə, sözügedən dövrdə ölkəyə elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən 250 milyon 349 min dollarlıq 8 min 478 avtomobil idxal olunub.

 

Ekologiya